Nigar Mirzəliyeva rəmzi komandaya seçilib
12.11.2025 - 12:55
Nigar Mirzəliyeva rəmzi komandaya seçilib

Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya Qadınlar Liqasında sonuncu - XXVI turun rəmzi komandasına seçilib.

Apasport.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.

"Zenit"in formasını geyinən müdafiəçi ÇSKA ilə matçdan (0:1) sonra fərqləndirilib.

O, Moskva təmsilçisi ilə görüşdə start heyətində meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Zenit" 2025/2026 mövsümünü 52 xalla 3-cü pillədə başa vurub. Müdafiəçi, daha əvvəl X, XIII və XVII turlarda da həftənin rəmzi "11-liy"ində yer alıb.