Nuri Şahin rəsmən "Başakşəhər"də
15.09.2025 - 16:58

"Başakşəhər" yeni baş məşqçisini ictimaiyyətə təqdim edib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisini Nuri Şahin çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Nuri Şahinin son iş yeri "Borussiya Dortmund" olub.
0
0