Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
10.03.2026 - 22:23
Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Parapauerliftinq üzrə Avropa Açıq çempionatında 6 idmançı ilə iştirak edən komandamız turniri 12 medalla başa vurub.

Apasport.az xəbər verir ki, 16 yaşlı paralimpiyaçımız İlhamiz Kərimov (+107 kq) ən yaxşı qaldırmada 115 kq, ümumi qaldırmada isə 330 kq nəticə göstərərək hər iki göstərici üzrə yeniyetmələr arasında çempion olub.

15 yaşlı paralimpiyaçımız Elcan Səmədzadə (49 kq) 80 kq nəticə göstərərək həm ümumi qaldırmada, həm də ən yaxşı qaldırmada hər iki göstərici üzrə yeniyetmələr arasında bürünc medalçı olub.

19 yaşlı paralimpiyaçımız Rəsul Zəkiyev (97 kq) ümumi qaldırmada 358 kq, ən yaxşı qaldırmada isə 126 kq nəticə göstərərək hər iki göstərici üzrə gənclər arasında gümüş medal qazanıb.

Qeyd edək ki, yarış Açıq Avropa Çempionatı statusu daşıdığından hər üç parapauerliftinqçimizə eyni əyarda 4 medal təqdim olunub.