Paris-2024: Güləşçimiz məğlub olub, gözyaşlarını saxlaya bilməyib
08.08.2024 - 14:10
Paris-2024: Güləşçimiz məğlub olub, gözyaşlarını saxlaya bilməyib

Paris Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarına start verilib. 

Apasport.az xəbər verir ki, Əliabbas Rzazadə ilk yarışını Özbəkistan təmsilçisi Qulomjon Abdullayevə qarşı keçirib. 

Rəqibinə məğlub olaraq qızıl medal şansını itirən Əliabbas gözyaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, Abdullayev finala çıxsa, təmsilçimiz sabah təsəlliverici görüşə qatılacaq.

1