Pavol Şafranko: "Hər iki komanda üçün maraqlı oyun olacaq"
29.05.2025 - 15:03

"Bizi çox böyük oyun gözləyir".
Apasport.az xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Pavol Şafranko mətbuat konfransında deyib.
O, "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Hər iki komanda üçün maraqlı oyun olacaq. İlk dəfə finalda oynayacağıq. Hər kəsə söz verirəm ki, əlimizdən gələni edəcəyik ki, kuboka sahib çıxacaq. Hər kəs oyundan həzz alacaq".
Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.
0
0