Polşa millisinin üzvü “Sabah”da - RƏSMİ
09.09.2025 - 23:57
Polşa millisinin üzvü “Sabah”da - RƏSMİ

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, polşalı sol cinah müdafiəçisi Timoteuş Puxaç bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu Almaniyanın “Holştayn Kil” klubundan 1 illik icarəyə götürülüb.

Qeyd edək ki, Puxaç karyerası ərzində Polşanın “Lex” (2017-2021), “Zaqlebie Sosnovets” (2018), “QKS Katovitse” (2018/19), Almaniyanın “Union Berlin” (2021-2024), “Holştayn Kil” (2024-2025), “Kayzerslautern” (2023/24), Türkiyənin “Trabzonspor” (2022), Yunanıstanın “Panatinaikos” (2023) və İngiltərənin “Plimut” (2025) klublarında çıxış edib. Timoteuş Polşanın əsas millisində 15 oyun keçirib.