Azərbaycan Bilyard Federasiyasının (ABF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Pro Pool Station” klubunun ev sahibliyi ilə 28-30 iyun tarixlərində Bakı şəhərində “Pool Nine Ball” bilyard idman növü üzrə şəhər çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, yarışın əsas məqsədi ölkəmizdə bilyard idman növünün inkişafına dəstək vermək, gənclər arasında bu idmana marağı artırmaq və peşəkar idmançılar üçün yarış təcrübəsi yaratmaqdır. Çempionatda ölkənin müxtəlif bölgələrindən idmançılar iştirak edəcək və yüksək səviyyəli mübarizə gözlənilir.
Turnir Azərbaycan Bilyard Federasiyasının illik yarış təqviminin bir hissəsidir və bu növ üzrə yerli səviyyədə keçirilən ən əhəmiyyətli tədbirlərdən biri hesab olunur.
Azərbaycan Bilyard Federasiyası yarışa maraqlı və həyəcanlı qarşılaşmaların damğa vuracağını, qaliblərin isə mükafatlandırılacağını bildirir və bütün azarkeşləri bu idman bayramında iştirak etməyə dəvət edir.
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib