Portuqaliyalı yarımmüdafiəçi "Karvan"da - RƏSMİ
07.08.2025 - 10:22
Portuqaliyalı yarımmüdafiəçi "Karvan"da - RƏSMİ

"Karvan" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Yevlax təmsilçisi Vitor Roşanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu son olaraq ölkəsinin “Sanjoanense” klubunda forma geyinib.