Premyer Liqa: “Neftçi” – “Səbail” matçının vaxtı bəlli olub
12.05.2025 - 10:32
Premyer Liqa: “Neftçi” – “Səbail” matçının vaxtı bəlli olub

Misli Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb.

Apasport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turun oyunları iki günü əhatə edəcək.

Misli Premyer Liqası

IV dövrə, XXXV tur

17 may

17:00. “Sumqayıt” – “Turan Tovuz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:00. “Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu

17:00. “Şamaxı” – “Araz-Naxçıvan”
Şamaxı şəhər stadionu

18 may

17:00. “Neftçi” – “Səbail”
“Neftçi Arena”

19:00. “Qarabağ” – “Kəpəz”
“Azərsun Arena”