Premyer Liqaya yüksələn klub 5 futbolçunu göndərdi
25.06.2025 - 13:52
Premyer Liqaya yüksələn klub 5 futbolçunu göndərdi

Bu mövsüm Misli Premyer Liqasına vəsiqə qazanan "İmişli" 5 futbolçusu ilə sağollaşıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Klub rəhbərliyi müqavilələri başa çatan Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov və Nəbi Məmmədovla yollarını ayırıb.