"Qalatasaray"dan Ziyeşə xəbərdarlıq
15.03.2024 - 10:56
230
"Qalatasaray"dan Ziyeşə xəbərdarlıq

"Qalatasaray"lı Hakim Ziyeş Mərakeş Milli Komandasının Mavritaniya və Anqola ilə yoldaşlıq matçına dəvət alıb.

Apasport.az "Milliyet"ə istinadla xəbər verir ki, Ziyeş bu səbəblə "Qalatasaray"ın texniki heyətindən açıq-aşkar xəbərdarlıq alıb.

"Aslanlar" zədəsini yenicə sağaldan 30 yaşlı müdafiəçiyə zədələnməməsi ilə bağlı xəbərdarlıq edib: "Liqada çox kritik bir dövrə girdik və sənə də ehtiyacımız olacaq". 

Mərakeşli bu mövsüm "Qalatasaray"ın heyətində 15 rəsmi oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə edib.