“Qalatasaray”ın yetirməsi “Zirə”də - RƏSMİ
09.02.2026 - 19:52
“Qalatasaray”ın yetirməsi “Zirə”də - RƏSMİ

“Zirə” yeni futbolçuyla anlaşıb.

Apasport.az xəbər verir ki, komanda Eren Aydını heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyəli hücumçuyla cari mövsümün sonuna qədər müqavilə bağlanılıb. 

Qeyd edək ki, “Qalatasaray” yetirməsi olan 22 yaşlı oyunçu daha əvvəl ölkəsinin “Niğde Anadolu”, “Sarıyer”, “Çorum”, “Boluspor” və Ukraynanın “Veres” klublarında çıxış edib.