
“Neftçi”də əvəzedici heyətə göndərilən Qara Qarayevin mövsümün gedişində komandasını dəyişəcəyi gözlənilir.
Apasport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçinin karyerasını “Zirə”də davam etdirəcəyi iddia olunur.
"Apasport"a verilən məlumata görə, Qarayevin “Zirə”yə keçidi real deyil. Əldə etdiyimiz məlumata görə, Rəşad Sadıqov onun xidmətində maraqlı deyil.
Əslində, Sadıqov “Qarabağ”dan ayrıldıqdan sonra Qara “Zirə”yə keçə bilərmiş, lakin Qarayev həmin vaxtı seçimini “Neftçi”dən yana edib.
Millimizin sabiq üzvü “Neftçi”dən ayrılarsa, karyerasını “Zirə” yox, başqa klubda davam etdirəcək. Onun xidmətində hələ ki, "Sabah"ın daha maraqlı olduğu deyilir.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçinin "Neftçi" ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL