“Qarabağ” açıqladı: NƏRİMAN ABŞ-a transfer oldu
10.02.2026 - 11:30
“Qarabağ” açıqladı: NƏRİMAN ABŞ-a transfer oldu

"Qarabağ"ın hücumçusu Nəriman Axundzadə ilə bağlı MLS (ABŞ) təmsilçisi "Kolumbus Kru" (Columbus Crew) klubu ilə aparılan danışıqlar yekun mərhələyə çatıb. 

Apasport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, tərəflər arasında razılıq əldə olunub.

Mövcud razılaşmaya əsasən, 21 yaşlı forvardın qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib.

Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq.