“Qarabağ” Avstriya klubu ilə qarşılaşacaq
27.06.2026 - 11:52
“Qarabağ” Avstriya klubu ilə qarşılaşacaq

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yerli "Tirol" klubu ilə üz-üzə gələcək.

"In Gernot Langes" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" Avstriyada daha iki hazırlıq matçı keçirəcək. Ağdam təmsilçisi Ukraynanın "Xarkov" və Macarıstanın "Ferentsvaroş" klubu ilə qarşılaşacaq.