“Qarabağ” axtardığı hücumçunu tapdı: RƏSMİ TƏKLİF DƏ EDİLDİ
28.07.2025 - 16:27

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az saytına verilən məlumata görə, klub Xorvatiya millisinin yarımmüdafiəçisi Alen Haliloviçi transfer etməyi planlaşdırır.
Ağdam təmsilçisi Haliloviç üçün rəsmi təklifini də irəli sürüb.
Belə ki, əldə etdiyimiz məlumata görə, Alenə illik 450 min dollarlıq maaş təklif edilib. Lakin “Barselona” və “Milan”ın sabiq üzvü bu təklifə qəti cavab verməyib. Buna səbəb isə Haliloviçin bir neçə klubdan rəsmi təklif almasıdır.
Qeyd edək ki, Alenin “Fortuna”(Sittard) ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
- “Araz-Naxçıvan"dan növbəti transfer
- Tahir Gözel: “Komandanın güclənməsi üçün bütün vasitələrdən istifadə edirik”
- Baxşıyev Yunanıstanda jurnalistlərin suallarını cavablandıracaq
- Ernan Skuliç: "Növbəti mərhələ üçün böyük şansları olacaq"
- "Neftçi"də Şeydayev problemi davam edir: TRANSFERDƏN İMTİNA ETDİLƏR
0
0