!["Qarabağ" "Bayer"lə matçda uğurlu nəticə əldə etsə...](https://ww3.apasport.az/storage/news/2024/march/01/big/65e1c466daa9465e1c466daa95170929469465e1c466daa9065e1c466daa92.jpg)
“Qarabağ”ın Premyer Liqadakı növbəti matçı da təxirə salına bilər.
Apasport.az saytına verilən məlumata görə, Ağdam klubunun Premyer Liqanın 26-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirəcəyi görüşün başqa vaxta ertələnməsi ehtimalı var.
Amma bu, “Qarabağ”ın martın 7-də Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer”ə qarşı Bakıda keçirəcəyi ilk oyundan asılı olacaq.
Belə ki, ilk matçda uğurlu nəticə qeydə alınarsa, komanda martın 10-da “Zirə”yə qarşı görüşün təxirə salınmasını xahiş edəcək.
Ağdam klubunun Leverkuzendəki cavab görüşü martın 14-də olacaq.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu Premyer Liqanın 25-ci turu çərçivəsində martın 3-də “Neftçi”yə qarşı keçirəcək.
- “Kəpəz”in futbolçuları üçün seminar keçirilib
- AFFA “Neftçi”, “Zirə”, “Səbail” və “Kəpəz”i cərimələdi
- “Neftçi”nin baş məşqçisini vuran mütəxəssisin cəzası Bəlli oldu
- Branimir Subaşiç: "Sürpriz? Zarafat edirsiz? Söhbət “Neftçi”dən gedir..." - Müsahibə
- "Səbail"in Çantakias transferi baş tutmadı - RƏSMİ