
“Qarabağ” ötən mövsüm olduğu kimi bu il də Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.
Apasport.az xəbər verir ki, bu, PSJ-nin ÇL-in finalına yüksəlməsindən sonra dəqiqləşib.
Qitənin ən nüfuzlu klub turnirinin finalçıları olan "İnter” və PSJ növbəti mövsüm üçün yarışın Liqa mərhələsinə vəsiqəni öz ölkəsinin çempionatından qazanıb. Nəticədə Çempionlar yolunun təsnifat mərhələlərində oynamalı olan ən yüksək reytinqli klub “Olimpiakos” (Yunanıstan) birbaşa liqa mərhələsinə yüksəlib. Bu isə 2-ci təsnifat mərhələsində bir komandanın azalması deməkdir.
Belə olduğu halda 1-ci təsnifat mərhələsində oynamalı olan iki ən reytinqli komanda mübarizəyə 2-ci mərhələdən başlamaq hüququ qazanır ki, bunlar da “Slovan” (Slovakiya) (33,500) və “Qarabağ”dır (32,000).
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL