"Qarabağ" İmarət Kompleksində - FOTO
25.06.2025 - 15:55
"Qarabağ" İmarət Kompleksində - FOTO

“Qarabağ” Ağdama qayıdıb.

Apasport.az xəbər verir ki, klubun futbolçuları, məşqçi heyəti və rəsmiləri İmarət Kompleksində gedən işlərlə tanış olub.

“Köhlən atlar”a stadionun planı təqdim olunub.

Daha sonra komanda Ağdam Cümə məscidinə üz tutub. Burada onlara məscidin işğal dövründəki durumu və işğaldan sonrakı vəziyyəti barədə ətraflı məlumat verilib.

Daha sonra “Qarabağ” Ağdam sakinləri ilə görüşə yollanıb.