"Qarabağ" klubu dünya reytinqində geriləyib
11.06.2025 - 10:45
"Qarabağ" klubu dünya reytinqində geriləyib

"Qarabağ" klubu dünya reytinqində 5 pillə geriləyib.

Apasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb. 

Təmsilçimiz 144,75 xalla 119-cu pillədə yer alıb. 

"Zirə" (95,75 xal) 233-cü mövqedən 232-yə qalxıb. "Sabah" komandası 50 pillə irəliləyib. Ölkə kubokunun qalibi 76 xalla 317-ci olub.

"Araz-Naxçıvan" isə 61,25 xalla 446-cıdır. Naxçıvan təmsilçisi əvvəlki reytinqdə 454-cü idi.

Qeyd edək ki, birinci pillədə İspaniya təmsilçisi "Real" (470 xal) qərarlaşıb. "Barselona" (434 xal) ikinci, İtaliyanın "İnter" klubu (419) üçüncüdür.