"Qarabağ" Londona yollanıb - FOTO
24.09.2024 - 17:40
"Qarabağ" Londona yollanıb - FOTO

"Qarabağ" İngiltərəyə yola düşüb. 

Apasport.az xəbər verir ki, komanda UEFA Avropa Liqasının Liqa mərhələsinin I turu çərçivəsində "Tottenhem"lə qarşılaşma üçün Londona yollanıb. 

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Londonda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Futbolçular isə yekun məşq üçün meydana çıxacaqlar. 

Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı saat 23:00-da start götürəcək.

0