
"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”nin qrup mərhələsində son matçını keçirib.
Apasport.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, İsveçdə təşkil olunan yarışın IV qrupunda yer alan komanda III turda yerli “Göteborq”la qarşılaşıb.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0. Beləliklə, "Qarabağ" qrupui 4 xalla başa vurub. U-17-nin qrupdakı mövqeyi son turun digər matçından sonra dəqiqləşəcək.
Qeyd edək ki, ilk turda İsveç təmsilçisi “Myallbu” üzərində 2:1 hesablı qələbə qazanan "Qarabağ" ardınca “Sportinq Laqos”la heç-heçə edib – 0:0.