“Qarabağ” “Salzburq”la qarşılaşacaq
29.06.2025 - 20:33
“Qarabağ” “Salzburq”la qarşılaşacaq

“Qarabağ”ın Avstriyada keçiriləcək təlim-məşq toplanışında daha bir rəqibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, Azərbaycan çempionu “Salzburq”la yoldaşlıq oyunu keçirəcək.

Bu barədə Avstriya klubunun mətbuat xidməti məlumat yayıb.

Görüş iyulun 15-də baş tutacaq və matça Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Xatırladaq ki, hazırlığın Avstriya mərhələsində Ağdam təmsilçisi Ukraynanın “Metalist 1925” klubu ilə də qüvvəsini sınayacaq (7 iyul).