“Qarabağ” – “Sürix” oyununun hakimləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsinin iyulun 19-dakı qarşılaşmasının təyinatlarını UEFA açıqlayıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq ilk görüşü Bosniya və Herseqovinadan olan ədalət təmsilçiləri idarə edəcək. Qarşılaşmanın baş hakimi İrfan Peljto olacaq. Ona həmyerliləri Senad İbrisimbeqoviçlə Davor Beljo kömək edəcək. Dördüncü hakim funksiyası Miloş Qiqoviçə tapşırılıb.
Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq. Bu komandalar arasında İsveçrədəki cavab görüşü iyulun 27-də olacaq.
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi
- “Şamaxı”nın futbolçusu zədəsini sağaldıb - FƏRDİ MƏŞQLƏRƏ BAŞLAYIB