“Qarabağ”ın qapıçısı Mateuş Koxalski zədəsini sağaldıb.
Apasport.az saytına verilən məlumata görə, polşalı qolkiper komandanın məşqlərinə qoşulub.
O, Ağdam təmsilçisinin dünənki məşqində iştirak edib.
Koxalski zədə səbəbindən Avropa Liqasının 7-ci turunun FKSB görüşünü buraxıb. Qapıçı zədəsini tam sağaltdığı üçün “Qarabağ”la birlikdə “Olimpiakos”la matç üçün Pireyə yollanıb.
Məlumata görə, Avropa Liqasının sonuncu turunun oyununda “Qarabağ”ın qapısı məhz Koxalskiyə tapşırılacaq.
Qeyd edək ki, 24 yaşlı polşalı mövsümün əvvəlində Ağdam klubuna keçib və onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
- "Neftçi" - "Zirə" matçının biletləri satışa çıxır
- “Turan Tovuz”dan “Kəpəz”lə oyun öncəsi maraqlı video - VİDEO
- II Liqa: “Marafon” səfərdə, “Şəmkir” evdə qalib gəlib
- “Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib - FOTO
- “Neftçi” niyə öz futbolçusuna qarşı oynamalıdır? – İngiltərə nümunəsi və unudulan reallıq