
“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.
Apapsort.az xəbər verir ki, fransalı futbolçu Hamidu Keyta 2026-cı il mayın 31-dək komandanın şərəfini qoruyacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçi ötən mövsümü Türkiyə “Konyaspor”unda keçirib.
O, yerli azarkeşlərə də yaxından tanışdır. Belə ki, Keyta Azərbaycan Premyer Liqa klublarından “Zirə” və “Qarabağ”ın da formasını geyinib. Futbolçu müxtəlif illərdə Fransa, Rumıniya və Portuqaliya klublarının heyətində də yer alıb.
Qeyd edək ki, buna qədər İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Elçin Mustafayev, Turan Vəlizadə, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Kohen, Çarles Boli, Bruno Franko, Patrik Andrade, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.