"Qarabağ"a növbəti imtina: Daha bir hücumçu "yox" dedi
30.07.2025 - 15:19

“Qarabağ”ın transfer siyahısında yer alan hücumçulardan daha biri Azərbaycana gələsi olmayıb.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi İsveçrənin “Aaurau” klubunda oynayan Yannik Tureni heyətinə qatmaq istəyib.
Lakin 24 yaşlı forvard Xorvatiyanın “Osiyek” klubuna keçməyə üstünlük verib.
Seneqal əsilli isveçrəli “ağ-mavilər"lə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, hücumçu “Yanq Boyz”, “Vill 1900” və “Tun” klublarında çıxış edib.
- Valdas Dambrauskas: “Rəqibimiz daha çox risk almağa məcbur olacaq”
- "Neftçi"nin yeni transferi Alessio Kurçi: Qol və assistləri - VİDEO
- "Neftçi"nin Yeni Transferi Kimdir: “Maynts” Akademiyasından Bakı Klubuna
- Zaur Həşimov: "Yeni mövsüm üçün "Zirə"nin heyəti kasad görünür"
- Məsiyev UEFA Superkubokuna təyinat alıb
4
1