"Qarabağ"ın heyətində daha iki ayrılıq yaşanacaq.
Apasport.az saytının əldə etdiyi məlumata görə, klub Şahruddin Məhəmmədəliyev və Ramil Şeydayevlə yola davam etməyi düşünmür.
Yayda hər iki futbolçu ilə müqaviləyə xitam veriləcək.
Buna baxmayaraq, Azərbaycan millisinin sabiq üzvləri klubsuz qalmayacaqlar. Onların hər ikisinin ciddi təklifləri var.
Rusiya I Liqasında çıxış edən klublar "Qarabağ"ın futbolçularını hədəfə alıblar. Şeydayevlə Məhəmmədəliyev daha öncə Rusiyada çıxış etdiklərindən təkliflərə isti yanaşırlar.
Qeyd edək ki, Şahruddin 2016-23-cü illərdə "Qarabağ"da çıxış edib. O, qısa çəkən ayrılıqdan sonra 2024-cü ildə komandaya qayıdıb. Ramil isə 2017-18, 2021-23-cü illərdə Ağdam təmsilçisinin şərəfini qoruyub. Millimizin sabiq üzvü 2025-ci ilin yayında yenidən "Qarabağ"la müqavilə imzalayıb.