Musa Qurbanlı “Qarabağ”da 20-ci qolunu vurub.
Apasport.az saytının məlumatına görə, 20 yaşlı hücumçu Misli Premyer Liqasının XII turunda buna nail olub.
“Şamaxı” ilə səfər görüşündə (4:0) dubl edən forvard Ağdam klubundakı qol sayında 20-yə çatıb. O, bunu 40-cı matçında rəsmiləşdirib. Musa Premyer Liqada 19, ölkə kubokunda 1 dəfə rəqib qapısına yol tapıb.
Qurbanlı ölkə çempionatlarında da 20-ci qoluna sevinib. O, bir dəfə “Zirə”də, 19 dəfə “Qarabağ”da fərqlənib. Hücumçu 38-ci oyunda buna çatıb.
Qeyd edək ki, Musanın həm Premyer Liqa, həm “Qarabağ”dakı ilk qolu 2020-ci il noyabrın 8-də baş tutan “Neftçi” ilə səfər qarşılaşmasına (6:0) təsadüf edib.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."