“Qarabağ”dan böyük jest - PUL MÜKAFATI TƏQDİM EDİLDİ
03.10.2025 - 17:51
“Qarabağ” Çempionlar Liqasının ilk turunda “Benfika” üzərində qələbəyə görə futbolçuları mükafatlandırıb.
Apasport.az saytına verilən məlumata görə, Ağdam klubunun rəhbərliyi hər oyunçuya 70 min manat bonus təqdim edib.
Oyuna sonradan qoşulanlar bu məbləğin 75 faizini, ehtiyatda qalanlar isə 50 faizini alıblar.
Qeyd edək ki, “Qarabağ” ÇL-in II turunda “Kopenhagen”ə də 2:0 hesabı ilə qalib gəlib və 6 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
- İslam Həmrəyliyi Oyunları: Günün proqramı
- De Blekere mübahisəli epizodları şərh edib - VİDEO
- Millimizin üzvləri Kürdəxanıda yeniyetmə futbolçularla görüşüblər
- Ayxan Abbasov: “Futbolçulardan İslandiyaya qarşı ilk oyunu unutmağı istəmişəm”
- Anton Krivotsyuk: “Ayxan müəllimin gəlişindən sonra milli ruh yaranıb”
43
7