"Qarabağ"dan transfer: O, artıq Bakıdadır
01.02.2026 - 21:17
Daha öncə xəbər verdiyimiz ki, "Qarabağ" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, artıq oyunçunun kimliyinə də aydınlıq gəlib.
Ağdam təmsilçisi Kiprin AEK klubunda çıxış edən Ceremi Qnalini rənglərinə bağlamaq üzrədir.
O, artıq Bakıdadır. Tərəflər bütün şərtlərdə razılığa gəliblər. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
Qeyd edək ki, 23 yaşlı fransalı bu mövsüm AEK-in heyətində meydana çıxdığı 26 rəsmi matçda 5 məhsuldar ötürmə ilə yadda qalıb.
3
0