“Qarabağ”ın əvəzediciləri 3 xalı 2 qolla qazandı
06.12.2025 - 00:55
Əvəzedicilər Liqasında XIII tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
“Qarabağ-2” “Araz-Naxçıvan-2” ilə qarşılaşıb. Matç “atlılar”ın qələbəsiylə başa çatıb.
Turun qalan görüşləri dekabrın 7-də və 8-də keçiriləcək.
Əvəzedicilər Liqası
XIII tur
5 dekabr
“Qarabağ-2” – “Araz-Naxçıvan-2” 2:0
Qollar: Eltun Babazadə, 71, Mahmud Ağayev, 74.
0
0