"Qarabağ"ın futbolçusu AL-də həftənin ən yaxşı oyunçusu adına namizəddir
16.02.2024 - 10:32
!["Qarabağ"ın futbolçusu AL-də həftənin ən yaxşı oyunçusu adına namizəddir](https://ww3.apasport.az/storage/news/2024/february/16/big/65cf019bdf5c265cf019bdf5c3170806517965cf019bdf5c065cf019bdf5c1.jpg)
UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Apasport.az xəbər verir ki, 4 oyunçunun yer aldığı siyahıda "Qarabağ"ın futbolçusu Abdullah Zubir də var.
32 yaşlı fransalı Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gəldikləri matçda aktivinə 2 qol və 1 məhsuldar ötürmə yazdırıb.
Zubir "Milan"ın futbolçusu Ruben Loftus-Çik, "Qalatasaray"ın forvardı Mauro İkardi və "Benfika"nın yarımmüdafiəçisi Anxel Di Mariya ilə mübarizə aparacaq.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.
0
0