“Qarabağ”ın futbolçusu qayıtdı - ÇEMPİONLAR LİQASINDA DA İŞTİRAK EDƏCƏK
01.02.2026 - 20:16
“Qarabağ”ın futbolçusu qayıtdı - ÇEMPİONLAR LİQASINDA DA İŞTİRAK EDƏCƏK

“Qarabağ”ın futbolçusu Kadi Borges 2026-cı ildə ilk oyununa çıxıb.

Apasport.az xəbər verir ki, uzun müddət zədədən əziyyət çəkən braziliyalı yarımmüdafiəçi aylar sonra bu gün “Turan-Tovuz”la keçirilən matçda 84-cü dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, Kadi Borges ötən il noyabrın 5-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində “Çelsi” ilə keçirilən oyunda ayağından zədələnmişdi.