“Qarabağ”ın hazırlıq planı məlum olub
07.06.2025 - 22:23
“Qarabağ”ın hazırlıq planı məlum olub

“Qarabağ”ın mövsümlərarası fasilə dövründəki hazırlıq planı müəyyənləşib.

Apasport.az xəbər verir ki, Bakıda başlayacaq məşqlərə iyunun 18-də start veriləcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Paytaxtdakı toplanış iyulun 2-dək davam edəcək.

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komanda iyulun 2-dən 16-dək bu ölkədə təlim-məşq toplanışı keçirəcək. “Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində yerləşən “Tauern” otelində məskunlaşacaq. Hazırlıq çərçivəsində üç oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Rəqiblər barədə daha sonra ictimaiyyətə məlumat veriləcək.