
“Qarabağ” yay transfer çalışmalarına start verib.
Klub “Legiya”nın forvardı Mark Qualı heyətinə qatmaq niyyətində olub.
Apasport.az saytına verilən məlumata görə, ispaniyalı hücumçu Ağdam təmsilçisinin əsas transfer hədəfi olmayıb.
Amma Azərbaycan çempionu Qualın transferi ilə bağlı danışıqlar aparıb. Nəticədə "köhlən atlar" keçiddən imtina edib.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2023-cü il iyulun 1-dən “Legiya”da çıxış edir və 2026-cı il iyunun 30-na qədər Polşa klubuna məxsusdur. O, bu mövsüm 30 görüşdə 9 qol vurub, 4 assist edib. Mark “Sevilya”, “Saraqosa”, “Jirona”, “Alkorkon”, “Dnipro-1”, “Yagelloniya” komandalarının şərəfini qoruyub..