“Qarabağ”ın kubok qaldıracağı oyunun biletləri satışa çıxarılıb
13.05.2025 - 13:58

“Qarabağ”ın Azərbaycan Premyer Liqasının XXXV turunda “Kəpəz”ə qarşı keçirəcəyi oyunun biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, satış bu gün saat 12:00-dan etibarən başlayıb.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
“Qarabağ” Premyer Liqada çempionluğu təmin edib. “Atlılar” bu görüşdən sonra kuboka qovuşacaq.
Mayın 18-də keçiriləcək oyuna saat 19:00-da start veriləcək.
0
0