Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Lex” – “Qarabağ” oyununa bilet satışı davam edir.
Apasport.az saytının məlumatına görə, Polşa klubu indiyə qədər satılan bilet sayını açıqlayıb.
Poznan stadionunda baş tutacaq qarşılaşmaya 22 mindən çox bilet satılıb. Klub kassalarda hələ 21 min bilet qaldığını vurğulayıb. Qarşılaşmanın keçirilməsinə bir gün qaldığından biletin qiyməti də 30 zlotaya (11 manata) endirilib.
Qeyd edək ki, sabah keçiriləcək “Lex” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Görüşün baş tutacağı Poznan stadionu 43 mindən çox tamaşaçı tutumuna malikdir.
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi