"Qarabağ"ın rəqibi bu vaxt bəlli olacaq
29.01.2026 - 11:51
"Qarabağ"ın rəqibi bu vaxt bəlli olacaq

 “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci yerdə başa vurub.

Apasport.az xəbər verir ki, pley-offa vəsiqə qazanan Ağdam klubunun rəqibi sabah bəlli olacaq. 

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” pley-offda 11-12-ci yerləri tutan komandalardan biri ilə, yəni ya PSJ (Fransa), ya da “Nyukasl”la (İngiltərə) qarşılaşacaq.