“Qarabağ”ın rəqibində ayrılıq
13.07.2022 - 15:29
“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Sürix” bir futbolçusu ilə yollarını ayırıb.
Apasport.az saytının İsveçrə mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Ante Çoriç ölkə çempionunu tərk edib.
Ötən mövsüm “Roma”dan icarəyə götürülən 25 yaşlı xorvatiyalı yenidən İtaliya klubuna qayıdıb. İcarə müqaviləsi başa çatan Çoriç ötən mövsüm “Sürix”in heyətində 23 oyunda 1 qol, 2 assistlə yadda qalıb.
Qeyd edək ki, “Qarabağ”la “Sürix” arasında ilk oyun iyulun 19-da Bakıda, cavab görüşü isə ayın 27-də Sürixdə keçiriləcək.
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi
0
0