“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi “Lex” növbəti transferinə hazırlaşır.
Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, Poznan təmsilçisi “Belenenseş”dən yarımmüdafiəçi Afonso Souzanı transfer edir.
Klublar arasında danışıqlar artıq yekunlaşıb. Portuqaliyalı pleymeyker bu gün tibbi müayinədən keçəcək. Hər hansı bir problem olmasa, 22 yaşlı futbolçu gün ərzində “Lex”lə münasibətlərini rəsmiləşdirəcək.
“Lex” həmçinin Kiyev “Dinamo”sunun gürcüstanlı vingeri Georgi Tsitaişvilini də heyətinə qatmağa yaxındır. Poznanlılar Gürcüstan millisinin 22 yaşlı oyunçusunu icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, “Qarabağ”la “Lex” arasında ilk oyun iyulun 5-də Poznanda, 12-də isə Bakıda keçiriləcək.
- II Liqa: V tura yekun vurulub
- Canni İnfantino U-15 Dünya Çempionatına hazırlıq işlərinin gedişi ilə tanış olub - FOTOLAR
- “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı – VIII turun cədvəli
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR