"Qarabağ"ın ulduzu komandadan gedir: Razılaşma əldə olunub
11.04.2026 - 10:12
"Qarabağ"ın ulduzu komandadan gedir: Razılaşma əldə olunub

"Qarabağ"da daha bir ayrılıq gündəmdədir.

"L Equipe"in xəbərinə görə, komandanın kapitanı Abdullah Zubir mövsümün sonunda "Qarabağ"da ayrılacaq.

Fransalı vinger bundan sonrakı karyerasını Qətərdə davam etdirəcək.

Artıq "Əl-Şahaniyə" klubu Zubir ilə hər mövzuda razılığa gəlib. Klubun bu transferlə bağlı "Qarabağ"la təmasa keçib-keçmədiyi bilinmir. 

"Əl-Şahaniyə" 12 komandanın iştirak etdiyi Qətər yüksək liqasında hazırda 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" Abdullah Zubiri 2018-ci ilin yayında "Lans"dan transfer edib.

34 yaşlı futbolçu Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 355 rəsmi matçda 77 qol və 94 məhsuldar ötürmə ilə yadda qalıb.