"Qəbələ” də təlim-məşq toplanışına başlayıb
10.01.2025 - 10:17
"Qəbələ” də təlim-məşq toplanışına başlayıb

"Qəbələ” mövsümün ikinci hissəsinin hazırlığına start verib.

Apasport.az xəbər verir ki, I Liqada XI turun dekabrın 24-də keçirilən “Mingəçevir”lə səfərdə keçirilən oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” mövsümün ikinci yarısı üçün məşqlərə başlayıblar. 

Komanda qış təlim-məşq toplanışına Qəbələdə başlayıb. 2025-ci ilin ilk məşqi Qəbələ şəhər stadionunda baş tutub. Futbolçular öncə fiziki hazırlıq keçib, ardınca toplu və topsuz çalışmalar yerinə yetiriblər.

Qeyd edək ki, hazırlıq prosesində üç yoxlama oyunu nəzərdə tutulub.

0