"Qəbələ" "Kəpəz"i məğlub edib- YENİLƏNİB
21.07.2025 - 21:27
"Qəbələ" "Kəpəz"i məğlub edib- YENİLƏNİB

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Qəbələ" bu gün ikinci yoxlama matçına çıxıb.

Apasport.az xəbər verir ki, komanda "Kəpəz"lə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda keçirilən matç ev sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0.

Qeyd edək ki, "Qəbələ" ilk yoxlama oyunu çərçivəsində "Şamaxı"nı 2:1 hesabı ilə məğlub etmişdi.