"Qəbələ" legioneri ilə vidalaşdı: BA LOUA DA YOLA SALINDI
10.06.2026 - 12:34
"Qəbələ"də növbəti ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, klub Adriel Ba Loua ilə yollarını ayırıb.
Tərəflər arasında bağlanmış müqavilə başa çatıb və yeni sözləşmə imzalanmayıb.
Bunu "Qəbələ"nin mətbuat xidməti açıqlayıb.
2025-ci ilin yayından komandada çıxış edən kot divuarlı yarımmüdaiəçi bu müddətdə 35 oyunda 4 qol vurub. O, Premyer Liqada 30 (4 qol), pley-offda 1, ölkə kubokunda 4 matça çıxıb. Adriel bu qarşılaşmalarda ümumilikdə 11 assistə imza atıb.
0
0