“Qəbələ” MOİK-i məğlub edib
21.08.2025 - 22:27

Bu gün "Qəbələ" yoxlama görüşü keçirib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi I Liqada yarışan MOİK-lə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirilən matça 18:30-da start verilib.
Görüş "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qırmızı-qaralar"ın heyətində qolları İsaak Amoah, Domi Massoumou və Elşad Tağıyev vurub.
Qeyd edək ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv Misli Premyer Liqasının 2-ci turunda "Zirə" ilə qarşılaşacaq. Həmin oyun avqustun 25-də baş tutacaq.
0
0