“Qəbələ”də 3 itki
08.03.2024 - 19:28
![“Qəbələ”də 3 itki](https://ww3.apasport.az/storage/news/2024/march/08/big/65eb2f6dc833765eb2f6dc8338170991191765eb2f6dc833465eb2f6dc8336.jpeg)
"Qəbələ" Misli Premyer Liqasının XXVI turunda “Sabah”la qarşılaşacaq.
Apasport.az xəbər verir ki, komanda görüşün hazırlığını başa vurub.
"Qırmızı-qaralar" məşqləri 3 itki ilə tamamlayıb. Samuel Tetteh, Asif Məmmədov və Nicat Əliyev bərpa prosesi keçirlər.
Xatırladaq ki, sabah “Bank Respublika Arena”da keçiriləcək “Sabah” - “Qəbələ” görüşü saat 17:30-da başlayacaq.
0
0