“Qəbələ”dən növbəti transfer - RƏSMİ
29.01.2026 - 23:13
“Qəbələ”dən növbəti transfer - RƏSMİ

“Qəbələ” heyətinə daha bir futbolçu cəlb edib.

Apasport.az xəbər verir ki, “qırmızı-qaralar” Turan Manafovu mövsümün sonuna kimi Cənubi Afrika Respublikasının “Stellenboş” klubundan icarəyə götürüb. 

27 yaşlı sol cinah müdafiəçisi buna qədər “Olimpiakos Volos” (Yunanıstan), “Araz-Naxçıvan”, “Kəpəz”, “Qarabağ” kimi klublarda çıxış edib. 

Qeyd edək ki, “Qəbələ” qış fasiləsində İsmaeel Akinade  Seydina Keyta və Rza Cəfərovla da müqavilə bağlayıb.