“Qəbələ”nin daha bir futbolçusu Kipr klubuna keçir
11.07.2022 - 10:00
“Qəbələ”nin daha bir yarımmüdafiəçisi Stefan Vukçeviç karyerasını Kiprdə davam etdirməyə yaxındır.
Apasport.az saytı xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, Fernan Lopesdən sonra monteneqrolu orta sahə oyunçusu da “Enosis”lə anlaşıb. “Qəbələ” ilə müqaviləsi başa çatdığı üçün azad agent statusu daşıyan 25 yaşlı yarımmüdafiəçi elitaya yeni yüksələn “Enosis”lə anlaşıb. İndi xırda detalların müzakirəsi qalıb.
Qeyd edək ki, Stefan Vukçeviç son iki ildə formasını geyindiyi “Qəbələ”nin heyətində 58 oyunda 2 qol vurub.
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi
0
1