“Qəbələ”nin futbolçusu Nigeriya millisində
12.08.2025 - 18:53
“Qəbələ”nin futbolçusu Nigeriya millisində

“Qəbələ”nin futbolçusu Salihu Nasiru Nigeriyanın U-20 milli komandasına dəvət alıb. 

Apasport.az xəbər verir ki, gənc futbolçu  avqustun 18-də başlayacaq təlim-məşq toplanışında iştirak edəcək.  

Nigeriya sentyabrın 27-də Çilidə start götürəcək  20 yaşlılar arasında dünya çempionatının final mərhələsində mübarizə aparacaq. 

Qeyd edək ki, 18 yaşlı Nasiru daha öncə Nigeriyanın U-20 millisinin heyətində 4 oyun keçirib.